Təlimat
Müalicəni düzgün aparın – TONZİLOTREN
Boğaz ağrısını və İltihabı aradan qaldırır
Badamcıq vəzilərinin qoruyucu
funksiyasını bərpa edir² ³
Anginanın yenidən inkişaf etməsi riskini
və antibiotiklərin qəbuluna olan
ehtiyacı azaldır²
Almaniyada istehsal edilmişdir
Xroniki tonzillitin
müalicəsində №14
Təbii
tərkibli
Effektivliyi
sübut edilmişdir5
Atropinum sulfuricum – xəstəliyin kəskin gedişi zamanı iltihab əleyhinə təsir göstərir, udqunma zamanı boğaz ağrısını götürür, badamcıq vəzilərinin hiperemiyasını və ödemini aradan qaldırır, qızdırmanı azaldır³
1 / 5
Xəstəliyin kəskin hallarında və ya saxlayıcı terapiya məqsədi ilə:
1 həb, gündə 3 dəfə
Xəstəliyin kəskin mərhələsində:
1 həb, 2 saatdan bir
(gündə 6 dəfəyə qədər) ilk 1-2 gündən başlayaraq yaxşılaşana qədər.
Xəstəliyin kəskin mərhələsində:
1 həb, 1 saatdan bir
(gündə 12 dəfəyə qədər) ilk 1-2 gündən başlayaraq yaxşılaşana qədər.
Demək olar ki, hər bir insan həyatında boğaz ağrıları və angina ilə üzləşir. Ancaq "təkrarlanan tonzillit" diaqnozu bir çoxları üçün çox qorxulu ifadə ola bilər. Bəs bu nə xəstəlikdir və onu necə müalicə etmək olar?
Demək olar ki, hər bir insan həyatında boğaz ağrıları və angina ilə üzləşir. Ancaq "təkrarlanan tonzillit" diaqnozu bir çoxları üçün çox qorxulu ifadə ola bilər. Bəs bu nə xəstəlikdir və onu necə müalicə etmək olar?
TONZİLLİT damaq badamcıq vəzilərinin, yəni udlağın dərinliyində yan səthlərdə yerləşən, badam ləpəsinə oxşayan kütlələrin kəskin və ya xroniki iltihabıdır. Badamcıqlar "lakuna" adlanan xüsusi formalı yarıqlarla doludur. Lakunalar isə mikrob və viruslar üçün tələ, habelə immun sisteminin həmin mikrob və viruslarla mübarizə aparmağı öyrəndiyi "poliqon" funksiyasını yerinə yetirir. Xarici mühitdən orqanizmə daxil olmuş patogen mikroorqanizmlərin qarşısına çıxan ilk orqanlar məhz badamcıq vəziləridir. Onlar orqanizmin müdafiəsini təmin edir.
KƏSKİN TONZİLLİT VƏ YA ANGİNA — əsas etibarı ilə badamcıq vəzilərini zədələyən kəskin infeksion xəstəlikdir. Bu xəstəlikdən sadəcə badamcıq vəziləri deyil, bütövlükdə orqanizm əziyyət çəkir. Əksər hallarda kəskin tonzilliti viruslar törətsə də, bakteriyalar (streptokokklar və stafilokokklar) xüsusilə təhlükəlidir. Xəstəlik güclü boğaz ağrısı, damaq badamcıqlarının iltihablanması və böyüməsi, yüksək temperaturla təzahür edir. İrinli ərp meydana gələ bilər. Angina keçirmiş xəstələrdə immun sistemi zəifləyir və orqanizmin infeksiyalara qarşı müqavimət göstərməsi çətinləşir. İl ərzində xəstədə kəskin tonzillitin iki dəfə və ya daha çox təkrarlanması təkrarlanan tonzillitə (recurrent tonsillitis; "recurrent" latın dilində "qayıdan", "təkrarlanan" mənasına gəlir) dəlalət edir. Beləliklə, TƏKRARLANAN TONZİLLİT təsadüfləri sadəcə xəstədə mövcud olan XRONİKİ TƏNZİLLİTİN kəskinləşməsidir. Xroniki tonzillitin mövcudluğu ondan xəbər verir ki, badamcıq vəziləri öz müdafiə funksiyalarını yerinə yetirə, habelə yerli və ümumi immunitetin tam sağlam şəkildə fəaliyyət göstərməsini təmin edə bilmir.
Bundan başqa, tez-tez təkrarlanan angina ciddi fəsadların inkişaf etməsinə gətirib çıxara bilər:
peritonzilyar abses
kəskin revmatik qızdırma
böyrəyin zədələnməsi (qlomerulonefrit)
oynaqların iltihabı (artrit)
tez-tez soyuqdəymə nəticəsində meydana gələn xəstəliklər
Buna görə də sadəcə xəstəliyin törədicilərini aradan qaldırmaqla kifəyətlənməmək, badamcıqların fəaliyyətini bərpa etmək çox vacibdir.
Təkrarlanan tonzillitin müalicəsi üçün həm infeksiyanın aradan qaldırılmasına (antibiotiklər, antiseptiklər), həm də orqanizmin qoruyucu funksiyasının bərpasına (immunomodulyatorlar, vitaminlər, təbii tərkibli kompleks preparatlar) yönəlmiş müxtəlif preparat qruplarından geniş istifadə olunur.
Artıq 80 ildən çoxdur ki, anginanın və təkrarlanan tonzillitin müalicəsində təbii tərkib hissələrindən ibarət Tonzilotren adlı alman preparatından (HU, Almaniya) istifadə olunur.
TONZİLOTREN udlağın virus mənşəli və bakteriya mənşəli infeksion xəstəliklərinin müxtəlif mərhələlərində iltihabı götürən və orqanizmin öz qoruyucu mexanizmlərini stimullaşdıran, eləcə də xəstəlik nəticəsində böyümüş badamcıq vəzilərinin kiçilməsinə kömək edən 5 aktiv təbii tərkib hissəsinin kombinasiyasıdır. Tonzilotren badamcıq vəzilərinə təsir edərək onların iltihabını götürür və qoruyucu funksiyasını bərpa edir ki, bu da təkrar angina təsadüflərinin sayını və onların meydana gəlmə riskini, habelə antibiotiklərin qəbuluna olan ehtiyacı azaldır1.
Preparatdan anginanın həm müalicəsi, həm də profilaktikası məqsədi ilə istifadə etmək olar. 3 yaşdan yuxarı uşaqlar və böyüklər qəbul edə bilər. Xəstədə tez-tez anginanın inkişaf etməsinə meyillilik olarsa Tonzilotren preparatı ilə bir il ərzində bir neçə kurs müalicə aparılması insanın immun sisteminin mühüm ünsürləri olan badamcıq vəzilərinin qorunub saxlanmasına kömək edə bilər. Müalicə kursu: 1 həb, gündə 3 dəfə 6-8 həftə
Tonzilotren — anginanın təhlükəsiz müalicəsi və profilaktikası Qoy sizin badamcıq vəzilərinizin heç vaxt xroniki tonzilitin nə olduğunu bilməsin.
1. Jürgen Palma et all. «Effectiveness of an add-on treatment with the homeopathic medication SilAtro-5-90 in recurrent tonsillitis: An international, pragmatic, randomized, controlled clinical trial» // Complementary Therapies in Clinical Practice Volume 28, August 2017, Pages 181-191.
1935-ci ildən Almaniyada istehsal olunur. Həbi udmağa ehtiyac yoxdur. O, xoş dada malikdir və asanca həll olaraq ağız boşluğunda əriyir. 2 yaşlı uşaqların müalicəsində həbi kiçik həcmdə suda (məsələn, bir çay qaşığı qədər) həll etmək tövsiyə olunur. Preparatı istənilən yerdə və günün istənilən saatında qəbul etmək olar. Ancaq yadda saxlayın ki, Tonzilotren preparatı qida və ya içki qəbulundan ən az 30 dəqiqə əvvəl ya da sonra qəbul olunmalıdır. Anginanın ilk əlamətlərini aşkar etdikdə dərhal Tonzilotreni qəbul etməyə başlamalısınız. Tonzilotren badamcıq vəzilərinin strukturunun və qoruyucu funksiyasının bərpasına kömək edir.
1935-ci ildən Almaniyada istehsal olunur. Həbi udmağa ehtiyac yoxdur. O, xoş dada malikdir və asanca həll olaraq ağız boşluğunda əriyir. 3 yaşlı uşaqların müalicəsində həbi kiçik həcmdə suda (məsələn, bir çay qaşığı qədər) həll etmək tövsiyə olunur. Preparatı istənilən yerdə və günün istənilən saatında qəbul etmək olar. Ancaq yadda saxlayın ki, Tonzilotren preparatı qida və ya içki qəbulundan ən az 30 dəqiqə əvvəl ya da sonra qəbul olunmalıdır. Anginanın ilk əlamətlərini aşkar etdikdə dərhal Tonzilotreni qəbul etməyə başlamalısınız. Tonzilotren badamcıq vəzilərinin strukturunun və qoruyucu funksiyasının bərpasına kömək edir.
Uşaqlarda xroniki tonzillitin müalicəsində müşahidə olunan tendensiyalar badamcıq vəzilərinə immun sisteminin müdafiə funksiyasını şərtləndirən (immunitetə görə "cavabdehlik daşıyan") şərtləndirən orqan kimi son dərəcə ehtiyatlı yanaşmağa əsaslanır və onların kəsilib götürülməsi ancaq o hallarda məqbul görülür ki, funksional baxımdan yararsızlıqları sübut olunsun və ya Piroqov-Valdeyer limfoid halqası hipertrofiyaya məruz qalsın.
Uşaqlarda xroniki tonzillitin müalicəsində müşahidə olunan tendensiyalar badamcıq vəzilərinə immun sisteminin müdafiə funksiyasını şərtləndirən (immunitetə görə "cavabdehlik daşıyan") şərtləndirən orqan kimi son dərəcə ehtiyatlı yanaşmağa əsaslanır və onların kəsilib götürülməsi ancaq o hallarda məqbul görülür ki, funksional baxımdan yararsızlıqları sübut olunsun və ya Piroqov-Valdeyer limfoid halqası hipertrofiyaya məruz qalsın.
Həkimlər qoruyucu terapiyaya üstünlük verir. Qoruyucu terapiya üç istiqamətdə həyata keçirilir:
- damaq badamcıq vəzilərindəki iltihabi proseslərin aradan qaldırılması;Damaq badamcıq vəzilərinin lakunalarının drenaj funksiyasının yaxşılaşdırılması üçün onlardan irinli möhtəviyyatın sorulub çıxarılması, antiseptik məhlullarla yuma, badamcıqların masajı, onların səthinə müxtəlif preparatların tətbiq edilməsi həyata keçirilir.
Yerli və ümumi immunitetin möhkəmləndirilməsi üçün immun sisteminə modulyasiyaedici təsir göstərən preparatlardan istifadə olunur.
Qoruyucu müalicə kursu 6 aydan bir aparılır. Müalicə 2-3 həftə sonra müsbət nəticə verməsə həkimlər cərrahi müalicə (tonzillektomiya) barədə qərar qəbul edir1.
Artıq 80 ildən çoxdur ki, tonzillitin bazis terapiyasında təbii Tonzilotren preparatından istifadə olunur. Tonzilotren sistem miqyasında iltihab əleyhinə təsir göstərməklə yanaşı badamcıq vəzilərinin qoruyucu funksiyasını və ümumilikdə immun sisteminin göstəricilərini yaxşılaşdırır.
Anginanız var? Müalicəni düzgün aparaq — TONZİLOTREN
1 Дитячий лікар 6 (13) 2011, Хронічний тонзиліт у дітей: актуальні питання лікування та профілактики.
Tonzillit badamcıq vəzilərinin iltihablanmasıdır. Onun gedişi kəskin və ya xroniki ola bilər. Tonzillit bir il ərzində iki dəfə və ya daha çox təkrarlanarsa ona xroniki tonzillit deyilir. Xroniki tonzillit immunitetin zəifləməsi, tez-tez soyuqdəyməyə meyillilik, həyat üçün təhlükəli fəsadların inkişaf etməsi ilə nəticələnə bilər. Bəzi statistik məlumatlar
Tonzillit badamcıq vəzilərinin iltihablanmasıdır. Onun gedişi kəskin və ya xroniki ola bilər. Tonzillit bir il ərzində iki dəfə və ya daha çox təkrarlanarsa ona xroniki tonzillit deyilir. Xroniki tonzillit immunitetin zəifləməsi, tez-tez soyuqdəyməyə meyillilik, həyat üçün təhlükəli fəsadların inkişaf etməsi ilə nəticələnə bilər. Bəzi statistik məlumatlar
Xroniki tonzillitlə xəstələnmə göstəriciləri:
Böyüklər: 5-6% ilə 37% arası
Uşaqlar: 15% ilə 63% arası1-4
Ən yüksək xəstələnmə göstəriciləri 16-20 yaş qrupunun payına düşür. Uşaqların ümumi populyasiyasında xroniki tonzillit təsadüflərinin meydana gəlmə tezliyi 15%, tez-tez xəstələnən uşaqların qrupunda isə 43% təşkil edir ki, bu da badamcıq vəzilərinin uşağın immun müdafiəsinin formalaşmasında nə qədər vacib rol oynadığını təsdiq edir 5.
10000 nəfərdən çox xəstənin, o cümlədən 8000 nəfərdən çox uşağın iştirakı ilə aparılmış bir klinik
tədqiqatın nəticələri xəstələrin preparata qarşı dözümlülüyünün, habelə preparatın təhlükəsizliyinin əla səviyyədə olduğunu göstərmişdir.
Tonzilotren anginanın və xroniki tonzillitin müalicəsində effektiv və təhlükəsiz olduğunu nümayiş etdirmişdir.
Həmin tədqiqatın gedişində:
• Xəstələrin 93,3 faizində terapevtik təsir 4-cü gündən özünü göstərməyə başlamışdır
• Xəstələrin 56,7 faizində udmanın çətinləşməsi 4-cü gün tamamilə aradan qalxmışdır.
• 10-cu gün aparılan Hemolitik streptokokk analizlərinin nəticəsi mənfi olmuşdur.
• Preparata qarşı dözümlülük bütün hallarda çox yaxşı olmuşdur 6
1. Мальцева Г. С., Гринчук О. Н. Консервативное лечение хронического тонзиллита стрептококковой этиологии // Оториноларингология : статья в журнале - научная статья. — Москва: Некоммерческое партнерство содействия развитию системы здравоохранения и медицины "Русмедикал групп", 2011. — № 6. — С. 20—23.
2. Богомильский М.Р., Чистякова В.Р. Детская оториноларингология // Медицина. — Москва, 2015
3. Вишняков В.В. Оториноларингология. Медицина. — Москва, 2014
4. Пальчун В.Т. Руководство по практической оториноларингологии. Медицина. — Москва, 2011
5 .Дитячий лікар 6 (13) 2011, Хронічний тонзиліт у дітей: актуальні питання лікування та профілактики.
6. Лечение катаральной ангины с помощью гомеопатического препарата Тонзилотрен, Боковой А., Хегер М.,Щютцле Б.
Boğazda iltihablanma baş verdikdə səs telləri ilə bağlı problemlər meydana gəlir. İltihabı, boğazda acışma və göynəmə hissini aradan qaldırmaqda orqanizminizə kömək edin.
Boğazda iltihablanma baş verdikdə səs telləri ilə bağlı problemlər meydana gəlir. İltihabı, boğazda acışma və göynəmə hissini aradan qaldırmaqda orqanizminizə kömək edin.
Xəstəliyin kəskin iltihabi mərhələsində imkan daxilində siqaret çəkməkdən və spirtli içki istehlakından qaçınmaq lazımdır, çünki bu, selikli qişalara əlavə qıcıqlandırıcı təsir göstərir və onları zəiflədir.
Boğaz ağrısından əziyyət çəkirsinizsə bilməlisiniz ki, boğazı kifayət qədər nəmli saxlamaq lazımdır.
Ancaq burada soyuq yoxsa isti içkilərdən istifadə etmək lazım gəldiyi barədə insanların düşüncəsi fərqlənir. Soyuq içkilər və dondurma ağrını yaxşıca yüngülləşdirə bilər.
Ancaq bu, eyni zamanda iltihablanmış sahələrə qan axınını zəiflədə və nəticə etibarı ilə sağalmanı və yaxşılaşmanı yavaşlada bilər. Buna görə də əksər xəstələr isti çaya üstünlük verir. Həmçinin boyun nahiyəsinə isti şərf dolamaq da xəstənin vəziyyətini yüngülləşdirə bilər. Belə ki, istiliyin təsiri altında həmin nahiyəyə qan axını güclənir və nəticədə sağalma prosesləri sürətlənir.
Boğazdakı qıcıqlanma və ağrı qida qəbulunu çətinləşdirdiyinə görə sıyıq və şorba kimi yumşaq və maye qida infeksiya zamanı orqanizmin kifayət miqdarda qidalandırıcı maddələrlə təchiz olunması üçün xüsusilə əlverişlidir. Toyuq bulyonu bu baxımdan xüsusilə faydalıdır. Adətən angina zamanı bal da yaxşı təsir göstərir. Ancaq qeyd etmək lazımdır ki, balı çox qaynar çaya qatmaq olmaz. İlıq bitki dəmləmələri (gülümbahar, çobanyastığı, adaçayı) ilə qarqara etmək də yaxşı nəticə verir.
Özünüzü qoruyun və anginanı düzgün müalicə edin. Tonzilotren preparatı anginanın və xroniki tonzillitin müalicəsində effektiv və təhlükəsiz olduğunu nümayiş etdirmişdir.
"Alpen Pharma AG"-nin Azərbaycan Respublikasındaki Nümayəndəliyi
Ünvan : Bakı şəhəri, Tbilisi prosp. 49/C, Chirag Plaza Hotel & Business Centre, AZ 1065,
Tel.: +994 12 499 72 71
www.alpenpharma.az
Əks göstərişlər mövcuddur, istifadə etməzdən əvvəl həkim ilə məsləhətləşin